RU

Avtobusda gediş haqqı kimi ödənilən qəpik əsl xəzinə çıxdı

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

Böyük Britaniyanın Lids şəhərində vaxtilə avtobusda gediş haqqı ödəmək üçün istifadə edilən adi bir qəpiyin əslində böyük bir sərvət dəyərində olduğu məlum olub. Araşdırmalar nəticəsində bu metal pulun 2 min ildən çox yaşı olan qədim bir sivilizasiyaya aid olduğu üzə çıxıb.

Milli.Az xəbər verir ki, hadisənin maraqlı tarixçəsi var. 1950-ci illərdə Lids şəhərində avtobus parkında baş xəzinədar işləyən Ceyms Edvards hər günün sonunda yığılan pulları sayarkən qəribə görünümlü bir qəpik tapır. O, bu fərqli pulu evinə apararaq nəvəsi Peterə hədiyyə edir.

İndi artıq 77 yaşı olan Peter babasının verdiyi hədiyyəni onilliklər boyu saxlayıb. O, deyir:

"O vaxtlar müharibə yeni bitmişdi, elə bilirdim ki, əsgərlər xidmət etdikləri ölkələrdən gətiriblər. Biz kolleksiyaçı deyildik, amma pulun üzərindəki rəsmlər bizi valeh edirdi. Mənim üçün o, bir uşaqlıq xəzinəsi idi."

Peter bu pulun haradan gəldiyini öyrənmək qərarına gəlir. Arxeoloqların araşdırmasından sonra məlum olur ki, qəpiyin bir tərəfində yunan qəhrəmanı Heraklesə bənzəyən və aslan dərisindən papaq taxmış tanrı Melkartın təsviri var.

Bu pul eramızdan əvvəl 1-ci əsrdə İspaniyanın Kadiz şəhərində yaşamış, Finiqiya mədəniyyətinin bir hissəsi olan Karfagenlilərə məxsusdur.

Mütəxəssislər ehtimal edirlər ki, bu qədim pul vaxtilə İspaniya sahillərindəki Karfagen məskənlərindən ticarət və ya köç yolları ilə İngiltərəyə gəlib çatıb, əsrlər sonra isə təsadüfən avtobus kassasına düşüb.

Həm illərə, həm də sərhədlərə meydan oxuyan bu antik əşya hazırda Lids Muzey və Qalereyaları tərəfindən qəbul edilib və orada nümayiş olunur.Lalə Qüdrətova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
2
news.milli.az

10Источники