RU

Universitetə hücum edən şəxs ABŞ ordusunun keçmiş üzvü olub Hadisənin DETALLARI

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

İŞİD-ə kömək göstərməyə çalışdığı üçün səkkiz il həbs cəzası çəkən ABŞ Milli Qvardiyasının keçmiş hərbçisi cümə axşamı günü Virciniya ştatındakı Old Dominion Universitetinin sinif otağında atəş açıb. O, Ehtiyat Zabitləri Təlim Korpusunun tələbələri tərəfindən zərəsizləşdirilərək öldürülüb. Bu barədə səlahiyyətli şəxslər bildirib.

FTB-nin məlumatına görə, o, bir nəfərin ölümünə və iki nəfərin yaralanmasına səbəb olan silahlı hücumdan əvvəl “Allahu Əkbər” deyə qışqırıb. Ehtiyat Zabitləri Təlim Korpusunun tələbələri son dərəcə böyük cəsarət göstəriblər və silahlı şəxs Məhəmməd Beylor Cəllohu dayandırmaqla daha çox insan itkisinin qarşısını alıblar. Tələbələrin bu hərəkəti bizə United Airlines-in 93 nömrəli reysi zamanı göstərilən şücaəti xatırladır. Həmin vaxt sərnişinlərin səyi nəticəsində təyyarənin Ağ Evə çırpılmasının qarşısı alınmışdı.

Old Dominion Universitetində sinif otağında atəş açan şəxs – Məhəmməd Beylor Cəlloh 2017-ci ildə xarici terror təşkilatı olan İŞİD qrupuna maddi dəstək verməkdə günahını etiraf etdikdən sonra 11 il həbs cəzasına məhkum edilib və həbsxana qeydlərinə görə, təxminən 2,5 il əvvəl azadlığa buraxılıb. Federal həbsxanada narkotikdən müalicə proqramını tamamlayaraq vaxtından əvvəl azadlığa buraxılmışdı. Halbuki terrorizm ittihamı ilə məhkum edildiyi üçün bu imtiyazdan məhrum edilməli idi.

ABŞ Federal Həbsxanalar Bürosu cümə günü təsdiqlədi ki, bəzi məhbuslara narkotik asılılığı müalicəsi proqramını tamamlamaqla cəzalarını qısaltmağa imkan verən qanundakı boşluq səbəbindən Cəlloh 2024-cü ilin dekabr ayında azadlığa buraxılıb.

Cəlloh ərazidə keçirilən polis əməliyyatı zamanı xəsarət almayıb, lakin polis rəisi mətbuat konfransında bu barədə əlavə məlumat verməyib. Cümə günü Ədliyyə Nazirliyi əvvəllər terrorizmə görə məhkum olunmasına baxmayaraq, Cəlloha silah satdığı bildirilən bir kişiyə qarşı ittiham irəli sürüb.

Old Dominion Universiteti yüksək səviyyəli akademik keyfiyyətləri ilə tanınır və sosial elmlər və mühəndislik sahələrində ən yüksək səviyyəli tələbələr hazırlayır. Bu, məşhur alim Robert M. Antisin (PhD, 2006) təhsil aldığı universitetdir. O, Milli Müdafiə Universitetinin, Birləşmiş Qüvvələr Qərargahı Kollecinin, Birləşmiş Qabaqcıl Hərb Məktəbinin professoru və direktor müavinidir. Bu universitet ölkənin ən yaxşı akademik müəssisələrindən biridir.

Müəllif: Amerikalı politoloq, Mərkəzi Asiya Məhsuldarlığı Araşdırma Mərkəzi (CAPRC) Müşahidə Şurasının üzvü Piter M. Teys

Tərcümə etdi: Gülnar Səlimova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
1
globalinfo.az

2Источники