RU

Sürücülərin çoxu buna fikir vermir Blok çatlaya bilər

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avtomobilin soyuducu sistemində vaxtında dəyişdirilməyən antifriz mühərrikin sıradan çıxmasına səbəb olan əsas amillərdən biridir. Ekspert Roman Timaşov köhnəlmiş mayenin avtomobil üçün yaratdığı ciddi təhlükələrdən danışıb. Mütəxəssis bildirir ki, antifriz qoruyucu xüsusiyyətlərini itirdikdə mühərrik daxilində korroziya prosesi sürətlənir.Demokrat.az-ın məlumatına görə pas məhsulları zamanla daxiliyanma mühərrikinin kanallarını tutur və bəzi hallarda silindr başlığındakı kanalların tamamilə sıradan çıxmasına yol açır. Bundan əlavə, antifrizin tərkibindəki yağlayıcı maddələrin tükənməsi su nasosunun podşipnikinin zədələnməsi ilə nəticələnir. Mayenin kimyəvi tərkibi dəyişdikdə isə rezin contalar və şlanqlar sərtləşərək çatlayır və nəticədə müxtəlif sızmalar yaranır.Ekspert, antifrizin donma və qaynama həddinin də zamanla dəyişdiyini xatırladıb. Maye donarsa mühərrik bloku çatlaya bilər, qaynama halında isə mühərrik həddindən artıq qızaraq ciddi nasazlıqlar yaradır. Antifrizin dəyişdirilmə müddəti isə istifadə olunan mayenin növündən birbaşa asılıdır.Klassik soyuducu mayelər 2-3 ildən bir, müasir növlər isə 10 ilə qədər istifadə oluna bilər. Lakin avtomobildən intensiv istifadə edilirsə, bu müddətlərin iki dəfə azaldılması tövsiyə olunur. Texniki qulluq qaydalarına düzgün əməl etmək mühərrikin ömrünü uzadan ən vacib addımdır.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
50
demokrat.az

1Источники