RU

İslamda ibadətlər insanlara işgəncə üçün nəzərdə tutulmur

Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bəzi mühafizəkar, (əslində mövhumatçı) müəssisə sahibləri Ramazan ayında yemək - su kimi vasitələri yığışdırırlar. Bu, doğru deyil. Ramazan hər kəsə yemək və suyun haram olduğu ay deyil. Sadəcə gücü yetən, səhhəti, iş rejimi imkan verənlərin oruc tutduğu aydır.

Xalqcebhesi.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.

"Dükanda gündüzlər su satmayasan ki, orucluqdur. Kafedə gündüz yemək verməyəsən ki, Ramazandır. Bu, şəriətə ziddir. İslamda ibadətlər insanlara işgəncə üçün nəzərdə tutulmur" - ilahiyyatçı deyib.

O, qeyd edib ki, Ramazanda yemək yeyib, su içənlərə də xor baxmaq olmaz. Demək hansısa üzrlü səbəbdən oruc tuta bilməyib. Xroniki xəstələr, yaşlılar, mütəmadi dərman qəbul etməyə məcbur olanlar, müsafirlər, uşağına süd əmizdirən analar, hamilə qadınlar, uşaqlar var, başqa dinin mənsubları yaxud inancsızlar var ki, onlar oruc tutmurlar. Hətta tutduğu oruc səbəbi ilə ciddi təhlükəyə düşə bilərsə şəxsin oruc tutması haramdır, tutsa belə batildir:

"Çox oruc tutanlar Ramazanın mahiyyətini dərk etmir. Bu ay başqalarına əziyyət vermək yox, dəstək olmaq ayıdır. Kimsə oruc tutmursa yaxud tuta bilmirsə onu sorğulamaq lazım deyil. Belə mövzuda heç kəs heç kəsə izahat verməyə borclu deyil.

Adamların niyə oruc tutmadığı ilə bağlı yox, problemləri ilə maraqlanmaq, kömək olmaq lazımdır. Bəlkə evində sahur-iftar etməyə çörəyi yoxdur. Bəlkə sənin bilmədiyin xəstəliyi var?

Ona görə ictimai iaşə yerlərində, bufet, kafe kimi müəssisələrdə yeməyi - suyu yığışdırmaq doğru deyil".

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
66
icma.az

1Источники