RU

Filippində vulkan püskürdü: Səmaya beş kilometrlik kül sütunu qalxdı - VİDEO

Filippinin Neqros adasında martın 15-də "Kanlaon" vulkanının güclü püskürməsi baş verib. Partlayış zamanı səmaya təxminən 5 kilometr hündürlüyündə sıx qara kül sütunu qalxıb.
 
Bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu "Facebook" səhifəsində məlumat yayıb.
 
Bu, vulkanın cari il ərzində üçüncü püskürməsidir. Əvvəlki püskürmələr 2026-cı il fevralın 19-da və 26-da qeydə alınıb. Hazırda vulkan üçün ikinci təhlükə səviyyəsi qüvvədədir.
 
Hadisə yerindən yayılan videoda qaranlıq kül buludunun ətraf əraziləri bürüdüyü, daha sonra isə cənub-şərq və şimal-şərq istiqamətində hərəkət etdiyi görünür.
 
Yeni püskürmə yerli vaxtla saat 18:07-də vulkanın zirvəsində baş verib və nəticədə beş kilometrlik kül sütunu formalaşıb.
 
Artan aktivliyə görə vulkanın ətrafında müəyyən edilən dörd kilometrlik daimi təhlükə zonasına daxil olmaq qadağan edilib.

 

Избранный
50
1
moderator.az

2Источники