"İndian Uels" tennis turniri başa çatıb.

Offsideplus.az xəbər verir ki, kişilərdə çempion Yannik Sinner olub. O, bu turnirdə ilk dəfə qalib olmağı bacarıb.

Sinner finaldakı rəqibi Daniil Medvedevi çətinliklə məğlub edib. O, hər iki seti tay-breykdə qazanıb - 7:6 (6), 7:6 (4).

Qadınlarda isə həlledici qarşılaşmada Arina Sabalenka və Yelena Rıbakina üz-üzə gəlib.

Qalib 3 setdə müəyyənləşib. İlk setdə Rıbakina üstün olub - 6:3.

Sabalenka geridönüş etməyi bacarıb - 6:3, 7:6 (6).

Belaruslu tennisçi də burada ilk dəfə çempionluq sevinci yaşayıb.

Qeyd edək ki, bugündən etibarən daha bir "Masters" turniri Mayamidə başlayacaq. "Mayami Masters" 16-29 mart tarixlərində baş tutacaq.