RU

Abşeron-Xızı regionunun "Örnək müəllim"ləri - ADLAR

AzEdu.az Təhsil Portalı artıq bir neçə ildir ki, nümunəvi fəaliyyəti ilə seçilən müəllimləri daha geniş ictimaiyyətə tanıtmaq məqsədilə "Örnək müəllim" layihəsini həyata keçirir.

Layihənin əsas məqsədi pedaqoji fəaliyyəti ilə fərqlənən müəllimləri ön plana çıxarmaq, onların təcrübəsini paylaşmaq və təhsil ictimaiyyətinə təqdim etməkdir.

Belə ki, fəaliyyəti və peşəkarlığı ilə seçilən paytaxt üzrə 30, hər regional təhsil idarəsi üzrə 10Naxçıvan üzrə isə 20 təhsilverən 2025-ci ilin “Örnək müəllim”i adına layiq görülüb.

Fəaliyyət coğrafiyası Abşeron-Xızı regionunu əhatə edən həmin 10 müəllimin siyahısı:

 

1. Aygün Səfərli - Sumqayıt şəhər, 3 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;

2. Sevinc Əhmədova - Sumqayıt şəhər, Təfəkkür liseyində İbtidai sinif və STEAM müəllimi;

3. Leyla Abasova - Abşeron rayonu, Ceyranbatan qəsəbə, 2 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;

4. Aytən Cəfərquliyeva - Sumqayıt şəhəri, 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;

5. Arzu Nəsirli - Abşeron rayon, Saray qəsəbə M.Ələkbərov adına 1 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;

6. Zöhrə Hacıyeva - Sumqayıt şəhəri, 12 nömrəli tam orta məktəb İbtidai sinif müəllimi;

7. Əzizə Mədətova - Sumqayıt şəhər, 11 nömrəli tam orta məktəbin Fizika müəllimi;

8. Xəyalə Cabarova - Xızı rayonu, M. Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi;

9. Elnarə Qurbanzadə - Sumqayıt şəhər, 11 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;

10. Günay Veyisova - Abşeron rayonu, Masazır kənd 5 nömrəli tam orta ümumtəhsil məktəbində ibtidai sinif müəllimi.

Избранный
45
azedu.az

1Источники