Avropa İttifaqı müharibəyə hazırlaşır və Ukraynada avropalı əsgərlərin görünməsi zaman məsələsidir.aia.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.O, Brüsselin Ukraynada müharibəyə başladığını və hərbi iqtisadiyyata keçdiyini vurğulayıb:"Brüsseldən gələn ilk əsgərin Ukrayna torpağına nə vaxt ayaq basacağını bilmirik. Ancaq bir şeyi dəqiq bilirik: bu baş verəcək".Baş nazir Macarıstanı dünyada təhlükəsizlik və sülh adası kimi saxlamağa sadiq olduğunu da bildirib.aia.az