RU

Yevlaxda bir xalla kifayətlənənlər

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Misli Premyer Liqasında qalmaq mübarizəsi aparan “Kəpəz” növbəti xalını qazanıb. Gəncə təmsilçisi Qərb derbisində avrokuboklara iddialı “Turan Tovuz”la heç-heçə edib – 1:1.

Yevlaxda baş tutan görüşün hər iki hissəsində daha istəkli görünən “sarı-göylər” aktivinə bir xal yazdırmaqla autsayder “Karvan-Yevlax”ı 10, 11-ci sıradakı “Qəbələ”ni isə 2 xal qabaqlayır. Gəncə təmsilçisi bu xalla liqada qalmaq yolunda böyük addım atıb.

Xüsusilə, matçın ikinci hissəsində daha təhlükəli hücumlar yaradan “Kəpəz” üç xala da yaxın idi. Lakin futbolçuların şansları boşa verməsi, bəzi anlarda yanlış qərarlar komandanı qələbədən edib. Hər bir halda, gəncəlilər üçün “Turan Tovuz”dan alınan bir xal da kifayət qədər qənaətbəxş sayılmalıdır.

Tovuz təmsilçisi isə “Zirə” və “Neftçi”yə qalib gəldikdən sonra gözlənilməz xal itkisi ilə üzləşdi. “Kəpəz”lə matçda daha rahat görünən və bir xalın da qane edəcəyi görüntüsü yaradan tovuzlular fərdi səhvlərlə diqqət çəkdi. İkinci hissədə hücuma çıxan zaman yersiz top itkiləri yaşayan qonaqlar “Kəpəz”lə matçda 1-2 fürsəti çıxmaqla demək olar, ciddi təhlükə yarada bilmədi.

“Turan Tovuz” avrokubok mübarizəsində yaxın izləyicisi “Zirə”ni 6 xal qabaqlayır. “Kəpəz”lə matçdakı bir xal gəncəlilər kimi tovuzlular üçün də qaneedicidir.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
futbolpress.az

1Источники