RU

“Oskar”ın qalibləri müəyyənləşdi Siyahı

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

98-ci Akademiya Mükafatlarının – “Oskar”ın təqdimetmə mərasimi baş tutub.

Yeniavaz.com xəbər verir ki, ABŞ-nin Los-Anceles şəhərində baş tutan mərasimə Paul Tomas Andersonun “Ard-arda Döyüşlər” filmi damğa vurub.

Belə ki, “ulduzlar yığması” hesab olunan film 6 kateqoriyada mükafatın qalibi olub.

98-ci Akademiya Mükafatlarının qalibləri belə olub:

Ən yaxşı film: “Ard-arda Döyüşlər” (One Battle After Another);

Ən yaxşı rejissor: Paul Tomas Anderson – “Ard-arda Döyüşlər” (One Battle After Another);

Ən yaxşı aktyor: Maykl B. Cordan – “Günahkarlar” (Sinners);

Ən yaxşı aktrisa: Cesi Bakli – “Hamnet” (Hamnet);

Ən yaxşı köməkçi kişi rolu: Şon Penn – “Ard-arda Döyüşlər” (One Battle After Another);

Ən yaxşı köməkçi qadın rolu: Eymi Medicn – “Silahlar” (Weapons);

Ən yaxşı orijinal ssenari: Rayan Kouqler – “Günahkarlar” (Sinners);

Ən yaxşı uyğunlaşdırılmış ssenari: Paul Tomas Anderson – “Ard-arda Döyüşlər” (One Battle After Another);

Ən yaxşı operator işi: Autum Durald Arkapau – “Günahkarlar” (Sinners);

Ən yaxşı montaj: Endi Yurqensen – “Ard-arda Döyüşlər” (One Battle After Another);

Ən yaxşı kostyum dizaynı: “Frankenşteyn” (Frankenstein);

Ən yaxşı makiyaj və saç düzümü: “Frankenşteyn” (Frankenstein);

Ən yaxşı səs: F1;

Ən yaxşı vizual effektlər: “Avatar: Od və Kül” (Avatar: Fire and Ash);

Ən yaxşı orijinal film musiqisi: Ludviq Göransson – “Günahkarlar” (Sinners);

Ən yaxşı animasiya filmi: “K-pop Cin Ovçuları” (KPop Demon Hunters);

Ən yaxşı animasiya qısametraj filmi: “İnciyə Ağlayan Qız” (The Girl Who Cried Pearls);

Ən yaxşı tammetraj sənədli film: “Cənab Heç Kim Putinə Qarşı” (Mr. Nobody Against Putin);

Ən yaxşı qısametraj sənədli film: “Bütün Boş Otaqlar” (All the Empty Rooms).

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
37
13
yeniavaz.com

10Источники