RU

Makron İran Prezidentindən hücumları dayandırmağı tələb edib

Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkian ilə danışıqlar apardığını açıqlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə Fransa lideri sosial şəbəkədə yazıb.

Makron Tehranı Yaxın Şərq ölkələrinə hücumları dayandırmağa çağırıb və Parisin öz maraqlarını və regional tərəfdaşlarını müdafiə etməyə hazır olduğunu bildirib. O, həmçinin Hörmüz boğazında gəmiçilik azadlığının bərpa olunmasının vacibliyini vurğulayıb.

Fransa Prezidenti qeyd edib ki, regionda artan gərginlik bütün Yaxın Şərqi xaosa sürükləyə və ağır nəticələrə səbəb ola bilər. Onun sözlərinə görə, İranın nüvə silahı əldə etməməsi və ballistik raket proqramından yaranan təhdidlərin qarşısının alınması vacibdir.

Xatırladaq ki, daha əvvəl Makron Hörmüz boğazında təhlükəsiz naviqasiyanı bərpa etmək üçün müdafiə missiyasının hazırlandığını bildirmişdi. 

Seyranə QuliyevaMissiya.Az

Избранный
31
missiya.az

1Источники