RU

Dünyanın ən varlı insanları siyahısında 45 yeni “süni intellekt milyarderi” var

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Süni intellekt (AI) sənayesində investisiya və şirkət dəyərlərinin sürətli artımı yeni milyarderlərin yaranmasına səbəb olub.

Yeniavaz.com “Forbes” nəşrinə istinadən xəbər verir ki, hazırda süni intellekt sahəsi ilə əlaqəli 86 milyarder mövcuddur və onların ümumi sərvəti 2,9 trilyon dollar təşkil edir.

Bu milyarderlərin 45-i yalnız son bir ildə bu statusu qazanıb.

Sənayedəki sürətli artım böyük investisiya raundları və şirkət satınalmaları ilə müşayiət olunur. Yanvar ayında İlon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkəti “xAI” startapını 250 milyard dollara satın alıb. Eyni zamanda, “Anthropic” şirkəti 380 milyard dollar dəyərində maliyyələşmə cəlb edib. Fevralın 27-də isə Sam Altmanın rəhbərlik etdiyi “OpenAI” 110 milyard dollarlıq yeni investisiya raundu elan edib və şirkətin bazar dəyəri 840 milyard dollar olaraq qiymətləndirilib.

Yeni milyarderlər arasında ən varlısı 18 milyard dollar sərvətlə Edvin Çen hesab olunur. Onun qurduğu “Surge AI” şirkəti süni intellekt modelləri üçün məlumatların etiketlənməsi ilə məşğuldur və Çen şirkətdə 75%-dən çox paya sahibdir.

Siyahıda ikinci yeri 9,1 milyard dollar sərvətlə Liu Debin tutur. O, açıq mənbəli AI modelləri hazırlayan “Z.ai” şirkətinin həmtəsisçisidir.

Üçüncü yerdə isə 7,6 milyard dollar sərvətlə Daniel Nadler qərarlaşıb. Onun yaratdığı “OpenEvidence” platforması həkimlər üçün süni intellektlə işləyən tibbi axtarış sistemi təqdim edir.

Bu il siyahıya daxil olan bəzi sahibkarlar süni intellektin tətbiq qatında çalışan şirkətlər sayəsində varlanıb. Məsələn, Qasar Younis və digər sahibkarlar tərəfindən qurulan “Applied Intuition” şirkəti AI texnologiyasını yalnız avtonom avtomobillərdə deyil, ümumilikdə nəqliyyat sistemlərində tətbiq etməyə çalışır.

Bundan başqa, “vibe coding”, yəni süni intellekt köməkçilərinin iştirakı ilə proqram yazılması sahəsində fəaliyyət göstərən startapların qurucuları da yeni milyarderlər sırasına qoşulub. Bu şirkətlərə “Cursor”, “Lovable”, “Sierra”, “Harness” və “Cognition” daxildir.

Ümumilikdə “Forbes” siyahısında olan 468 texnologiya milyarderinin ümumi sərvəti artıq 4,8 trilyon dollara çatıb ki, bu da ötən illə müqayisədə 1,1 trilyon dollar çoxdur. Artımın böyük hissəsi İlon Mask, eləcə də Larri Peyc və Sergey Brin kimi texnologiya nəhənglərinin sərvətinin artması ilə bağlıdır.

Bundan əlavə, Jensen Huangın rəhbərlik etdiyi “Nvidia” şirkətinin səhmlərinin yüksəlməsi onun sərvətini 55,3 milyard dollar artırıb.

Bununla belə, ekspertlər süni intellekt bazarında “texnoloji köpük” riskinin də mövcud olduğunu bildirirlər. Tarixdə oxşar vəziyyət bulud texnologiyaları sektorunda müşahidə olunub.

Hazırda süni intellekt şirkətlərinin böyük hissəsi əsasən özəl investorlar və vençur fondları tərəfindən yüksək dəyərləndirilir.Elnur Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
2
yeniavaz.com

3Источники