RU

Cənubi Koreya hipersəs raketləri hazırlayacaq

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

Dünya şöhrətli "Hyundai Rotem" şirkəti ilə Cənubi Koreyanın dövlət agentliyi "Agency for Defense Development" yeni əməkdaşlıq sazişi bağlayıblar. Tərəflər 2035-ci ilədək ölkədə ilk dəfə hipersəs raketlərin kütləvi istehsalına start verəcəklər.

Reyting.az-ın məlumatına görə, mütəxəssislər bildiriblər ki, raketlərin sürəti 6000 kilometr saatı ötəcək və uçuş zamanı manevr etdiyi üçün bu raketləri dəqiqliklə hədəfə almaq, məhv etmək mümkünsüz olacaq.

Koreyalı təmsilçilər həmçinin vurğulayıblar ki, bu yeni layihə regionda, xüsusilə Şimali Koreya ilə günü-gündən artan gərginlik fonunda etibarlı müdafiə sistemi qurmağa çalışan Cənubi Koreyanın hərbi imkanlarını gücləndirmək məqsədi daşıyır.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
reyting.az

1Источники