RU

“Beynəlxalq” radionun sabiq direktor müavininin ölüm səbəbi açıqlandı

BAKI, 16 mart. TELEQRAF

AzTV-nin strukturunda fəaliyyət göstərən “Beynəlxalq” radionun sabiq direktor müavini Bahadur Nəsirovun vəfat səbəbi açıqlanıb.

Bahadur Nəsirovun yaxını Vüsal Hacıyev Teleqraf-a açıqlamasında bildirib ki, mərhum infarkt keçirərək vəfat edib.

“Heç vaxt ürəklə bağlı şikayəti olmayıb. Qəflətən gecə infarkt keçirərək dünyasını dəyişib. Bu gün Şağanda, Mərdəkan qəbiristanlığında dəfn olunacaq”, - deyə V.Hacıyev əlavə edib.

Qeyd edək ki, Bahadur Nəsirovun bir azyaşlı övladı var.

Избранный
34
teleqraf.com

1Источники