RU

"İran Tramp təcavüzkarlıq səhvini anlayana qədər mübarizə aparacaq" - Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Tramp İslam Respublikasına qarşı silahlı təcavüzünün səhvini etiraf edənə qədər İranın mübarizəni davam etdirəcəyini bildirib.

Redaktor.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O yazıb ki, “qüdrətli ordumuz ABŞ Prezidenti həm amerikalılara, həm də iranlılara qarşı tətbiq etdiyi qanunsuz müharibənin səhv olduğunu və bunun heç vaxt təkrarlanmamalı olduğunu anlayana qədər döyüşməyə davam edəcək”.

Əraqçi əlavə edib ki, ABŞ hücumlarının qurbanları da müvafiq kompensasiya almalıdırlar.

Aminə ŞAHSUVARQIZI

Избранный
53
1
redaktor.az

10Источники