RU

Qavi: “Flik mənə bir ata kimi yaxın oldu”

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

İspaniyanın “Barselona” futbol komandasının gənc ulduzu Pablo Qavi La Liqanın 28-ci turunda “Sevilya” üzərində qazanılan 5:2 hesablı qələbədən sonra maraqlı açıqlamalar verib.

İdman.Biz “Marca” nəşrinə istinadla xəbər verir ki, uzun müddət davam edən zədədən sonra yenidən formasına qovuşan futbolçu baş məşqçi Hans-Diter Flikin ona olan dəstəyini xüsusi vurğulayıb.

Qavi bərpa prosesinin olduqca ağrılı keçdiyini bildirib:

“Düzünü desəm, çox çətin idi, həqiqətən asan deyildi. Bərpa prosesi ağrılı keçirdi və gün keçdikcə daha da ağırlaşırdı. “Kamp Nou”da yaşadıqlarım unikal hisslərdir. Çox xoşbəxtəm. Flik hər zaman mənə bir ata kimi yaxın oldu, məni daim dəstəklədi. Ona minnətdaram, çünki mənə həmişə inandı və mən bunu hiss edirdim. Çox xoşbəxtəm və ümid edirəm ki, o, hələ uzun müddət bizimlə qalacaq. Bu klub üçün hər zaman hər şeyimi vermişəm və ömrümün sonuna qədər də belə olacaq”.

Qeyd edək ki, avqust ayının sonunda daxili meniskindən zədələnən və sentyabrda artroskopik əməliyyat keçirən 21 yaşlı yarımmüdafiəçi uzun fasilədən sonra ilk dəfə yaşıl meydanlara addım atıb. O, “Sevilya” ilə matçın 82-ci dəqiqəsində het-trik müəllifi olan Rafinyanı əvəzləyərək oyuna daxil olub.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
2
icma.az

3Источники