ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
İran ABŞ-ın keçmiş prezidenti Donald Trampın İslam Respublikasına qarşı başlatdığı müharibənin yanlış olduğunu başa düşənə qədər mübarizəni dayandırmayacaq.
Bizimyol.info xəbər verir ki, bu barədə İranın Xarici İşlər naziri Abbas Əraqçi "X" sosial şəbəkə hesabında yazıbbildirib.
“Güclü silahlı qüvvələrimiz mübarizəni davam etdirəcək, Tramp başa düşənə qədər ki, həm amerikalılara, həm də iranlılara qarşı zorla başlanan qanunsuz müharibə yanlış qərar idi və bir daha təkrarlanmamalıdır. Qurbanlar da kompensasiya almalıdır”, - deyə nazir qeyd edib.
Əvvəllər CBS telekanalına verdiyi müsahibədə Əraqçi qeyd edib ki, Tehran Vaşinqtonla danışıqlar üçün ciddi səbəblər görmür və belə görüşlərin keçirilməsini tələb etməyib.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.