RU

Bu ilin sentyabrın 1-də "Abşeron" yatağında təbii qazın hasilatına başlanılacaq – “Total Energies”

Bakı. Trend:

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağıüzrə tam işlənmə layihəsi çərçivəsində ilk təbii qazın hasilatına2029-cu il sentyabrın 1-də başlanılması planlaşdırılır. Layihəninistismar müddətinin təxminən 30 il olacağı nəzərdə tutulur.

Trend bubarədə "Total Energies" şirkətinə istinadən xəbər verir.

Məlumata görə, “TotalEnergies Absheron B.V.” tərəfindən həyatakeçiriləcək “Abşeron” Yatağının Tam İşlənməsi (YTİ) Layihəsi üçünƏtraf Mühit və Sosial Təsirin Qiymətləndirilməsi (ƏMSTQ)hazırlanıb. Qiymətləndirmə Azərbaycan qanunvericiliyi, beynəlxalqkonvensiyalar, Abşeron üzrə Hasilatın Pay Bölgüsü Sazişi vəbeynəlxalq neft sənayesi standartlarına uyğun aparılıb.

Layihə Abşeron dəniz qaz-kondensat yatağında daha əvvəl uğurlahəyata keçirilmiş Erkən Hasilat Sxemi mərhələsindən sonra növbətiinkişaf mərhələsini təşkil edir. Planlara əsasən, layihəçərçivəsində üç (gələcəkdə əlavə bir) sualtı quyunun qazılması,sualtı infrastrukturun qurulması, dəniz və quru boru kəmərlərininçəkilməsi nəzərdə tutulur. Həmçinin Səngəçal Terminalından təxminən4 km cənub-qərbdə quruda Mərkəzi Emal Obyekti (MEO) tikiləcək.

Bu obyekt çıxarılan xam qaz və mayeləri emal edəcək. Emalolunmuş qazın Cənubi Qafqaz Boru Kəməri və Azərbaycanın daxili qazşəbəkəsinə ötürülməsi planlaşdırılır. Stabilizasiyadan keçməmişkondensat isə Səngəçal Terminalına nəql ediləcək.

ƏMSTQ sənədində layihənin qazma, tikinti, sualtı quraşdırma,işəsalma və istismar mərhələləri üzrə ətraf mühitə, sosial sahəyəvə mədəni irsə mümkün təsirləri qiymətləndirilib. Araşdırma2024–2025-ci illərdə quruda və dənizdə aparılan ilkin ekoloji vəsosial tədqiqatlara əsaslanıb.

Qiymətləndirmənin nəticələrinə görə, layihənin həyatakeçirilməsinə mane ola biləcək böyük mənfi ekoloji və sosialtəsirlər müəyyən edilməyib. Orta səviyyəli risklər əsasən fövqəladəvə az ehtimallı hallarla — məsələn, qazın qeyri-müntəzəm məşəldəyandırılması və ya təsadüfi karbohidrogen sızmaları ilə bağlı olabilər. Bu risklərin texniki layihələndirmə, operativ nəzarət vəfövqəladə hallara hazırlıq tədbirləri ilə idarə olunacağıbildirilib.

Hesabatda göstərilir ki, layihə çərçivəsində tətbiq olunacaqidarəetmə və azaldıcı tədbirlər nəticəsində qalıq təsirlərinəksəriyyəti “cüzi” və ya “kiçik” səviyyədə olacaq. Bu təsirlərədəniz və quru faunasının qısamüddətli narahatlığı, havaemissiyaları, səs-küy, tullantıların yaranması və resurslardanistifadə kimi amillər daxildir və onların əsasən lokal və müvəqqətiolacağı qeyd olunur.

Bununla yanaşı, layihənin müsbət sosial-iqtisadi təsirləri dəgözlənilir. Buraya yerli məşğulluğun artması, yerli şirkətlər üçünsatınalma imkanları, kadr potensialının inkişafı və ölkənin enerjitəhlükəsizliyinə töhfə daxildir.

Layihə üzrə ictimaiyyət və maraqlı tərəflərlə müzakirələr dəaparılıb. Bu prosesə Ekologiya və Təbii Sərvətlər Nazirliyi iləməsləhətləşmələr, ictimai rəyin toplanması və müvafiq sənədlərinhazırlanması daxil olub.

Ümumilikdə, aparılan qiymətləndirməyə əsasən, nəzərdə tutulanbütün idarəetmə və azaldıcı tədbirlər həyata keçirildiyi təqdirdə,“Abşeron” Yatağının Tam İşlənməsi Layihəsi ətraf mühit və sosialbaxımdan məqbul hesab olunur.

Məqalədə:
Избранный
16
3
az.trend.az

4Источники