RU

Lənkəran “NovruzFest II” festivalına ev sahibliyi edəcək

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Lənkəran, 16 mart, AZƏRTAC

Lənkəranda milli-mənəvi dəyərlərin və Novruz adət-ənənələrinin təbliği məqsədilə martın 18-də Heydər Əliyev Xatirə Parkında “NovruzFest II” regional tədbiri keçiriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından gənclər, idmançılar və mədəniyyət nümayəndələri iştirak edəcəklər. Festival çərçivəsində bayram tonqalı, milli oyunlar, folklor səhnəcikləri, Kosa və Keçəl obrazları, xalq rəqsləri və idman nümayişləri təqdim olunacaq.

Tədbir iştirakçıları, həmçinin Novruz ənənələri və milli mətbəx nümunələri ilə tanış olmaq imkanı əldə edəcəklər.

Müxbir-İlkin Adıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
41
azertag.az

1Источники