RU

Qazaxıstanda referendumun ilkin nəticələri açıqlanıb

Qazaxıstanın yeni Konstitusiya layihəsi üzrə ümumxalq referendumunda ümumilikdə 9.127.192 nəfər və ya səsvermə hüququna malik vətəndaşların 73,01%-i iştirak edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Referendum Komissiyasının sədri Nurlan Abdirov brifinqdə bildirib. Yeni Konstitusiyanın lehinə 7.954.667 nəfər və ya 87,15%, əleyhinə isə 898.099 nəfər səs verib.

Xatırladaq ki, 2026-cı il martın 15-də Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə ümumxalq referendumu keçirilib. Səsvermədə seçici fəallığı 73,01% olub. Vətəndaşlara “Qazaxıstan Respublikasının yeni Konstitusiyasını qəbul edirsinizmi?” sualı verilib. Layihəyə edilən əsas dəyişikliklərə 145 deputatdan ibarət birpalatalı parlamentin - Kurultayın yaradılması, vitse-prezident və Qazaxıstan Xalq Şurasının təsis edilməsi daxildir.

Избранный
24
3
xezerxeber.az

4Источники