RU

Borrell: AK səlahiyyətlərini aşır, ABŞ İran müharibəsində yetərincə addım atmayıb

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avropa İttifaqı ABŞ-ın İrana hərbi hücumlarına qarşı beynəlxalq hüququ qorumaq üçün kifayət qədər tədbir görməyib və Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen blokun xarici siyasətində öz səlahiyyətlərini aşaraq fəallığını artırır.

Bizimyol.info xəbər verir ki, bunu "Politico"ya açıqlamasında Aİ-nin keçmiş xarici siyasət rəhbəri Josep Borrell bildirib.

“Bu müharibə beynəlxalq hüquqa görə qanunsuzdur. Biz enerji daşıyıcılarının qiymətlərinin artması nəticəsində itkilərə məruz qalırıq. Bu, ABŞ üçün sərfəlidir, çünki onlar neft ixracatçısıdırlar”, - deyə o qeyd edib. Borrell, fon der Leyenin sistemli olaraq “ABŞ və İsrailin lehinə mövqe tutduğunu” əlavə edib.

Keçmiş diplomat Avropa İttifaqı ilə ABŞ arasında ticarət sazişinin dayandırılmasını təklif edib: “Bu saziş əvvəldən ədalətsiz idi. Hətta ABŞ Ali Məhkəməsi bu rüsumları konstitusiyaya zidd olaraq tanıyıb. Mən hesab edirəm ki, 15% yeni əlavə də hüquqi əsaslara malik deyil”, - deyə Borrell bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
bizimyol.info

1Источники