RU

Vətəndaşlarımız dövlətin mövqeyindən çıxış etməlidirlər



"Təəssüflər olsun ki, İran ətrafında baş verənlər cəmiyyətin müəyyən kəsimində ciddi fikir ayrılıqlarına səbəb olub. Xüsusilə, sosial şəbəkə seqmentində bu mənfi tendensiya özünü qabarıq şəkildə büruzə verir. Düzdür, bu öz-özlüyündə ölkədə fikir və söz azadlığının, fikir müxtəlifliyinin mövcud olduğunun göstəricisidir. Ancaq hesab edirəm ki, milli və dövlətçilik maraqlarına söykənən məsələlərdə vətəndaşlarımız məhz dövlətin mövqeyindən çıxış etməlidirlər".

Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Azərbaycan dövlətinin mövqeyi isə açıq və netdir:

"Azərbaycan dövləti istər yaxın qonşumuzda, istərsə də uzaq ölkələrdə hər hansı bir qarşıdurmanın olmasının əleyhinədir. Dövlətimizin mövqeyi ondan ibarətdir ki, istənilən münaqişə diplomatik, sülh yolu ilə həll olunmalıdır. Eyni yanaşmanı, mövqeyi dövlət başçısı Cənab İlham Əliyev də dəfələrlə ən yüksək tribunalardan, ən son XIII Qlobal Bakı Forumunda çıxışı zamanı səsləndirib. Rəsmi Bakı bu mövqeyinə daim sadiqdir".

Arzuman Muradlı deyib ki, İran bizə yaxın qonşu, Amerika və İsrail isə dost, höətta strateji müttəfiqdir:

"Ona görə Bakı bu məsələdə tərəf tutmur. Ümumiyyətlə, Azərbaycanın xarici siyasətində balanslı siyasət hər zaman prioritet olub. Ona görə də hesab edirəm ki, vətəndaşlarımız da indiki həssa məqamda məhz dövlətin sərgilədiyi, ortaya qoyduğu mövqedən çıxış etməlidirlər".

Süleyman
Избранный
18
1
newscenter.az

2Источники