RU

Hərbi xidmətdən boyun qaçıranlara PİS XƏBƏR- QAYDALAR SƏRTLƏŞDİRİLİR

Həmin Qanunla Azərbaycan Respublikasının Cinayət Məcəlləsində edilmiş dəyişikliyə əsasən "çağırışdan boyun qaçırma" dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (şəhadətləndirməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür. Bununla yanaşı, vətəndaşların müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda, barələrində çağırış üzrə qərar qəbul edilənədək, onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilib". Ajans.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) məlumat yayıb. Bildirilib ki, artıq bu dəyişikliklər "Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında" 2001-ci il 1 noyabr tarixli 1 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 yanvar 2026-cı il tarixli Qərarında da öz əksini tapıb.
Избранный
2
44
Ajans.az

3Источники