RU

Ev sahibi “qızım yaşayacaq” dedi, kirayəçi üsyan etdi

ain.az bildirir, Bakivaxti portalına istinadən.

Türkiyədə kirəyəçi ilə kirayəşin arasında mübahisə yaranıb.

Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, olay İstanbulda yaşanıb.

Belə ki, ev sahibi kirayəçidən evi boşaltmasını istəyib. Bunu isə mənzilin qızı üçün lazım olduğunu əsaslandırıb. Kirayəçi isə hesab edir ki, bu, kirayəni artırmaq üçün atılan addımdır. Bu səbəbdən də o, evdən çıxmaqdan imtina edib.

Kirayəçi 2020-ci ildən Beylikdüzündə yerləşən mənzildə aylıq 20 min lirə kirayə ilə yaşayır. Halbuki həmin ərazidə oxşar mənzillərin kirayəsi hazırda 45-50 min lirəyə qədər yüksəlib. Kirayəçi həyat yoldaşının işdən çıxarıldığını və bu qiymətlərə yeni ev tapmağın çətin olduğunu qeyd edib.

Tərəflər arasında yaranan mübahisə vasitəçinin köməyi ilə həll olunub. Razılığa əsasən, kirayəçi ilin sonunadək mənzildə qalacaq və sonra evi boşaldacaq. Beləliklə, tərəflər uzunmüddətli məhkəmə prosesinə ehtiyac duymadan ortaq qərara gəlib.

Aynur Babazadə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
bakivaxti.az

1Источники