RU

Qarlı havada çarəsiz qalan iki qadın və körpə belə xilas edildi -ANBAAN VİDEO

Türkiyənin Hakkari vilayətində güclü qar səbəbindən yolda qalan iki qadın və 1,5 yaşlı körpə polis əməkdaşları tərəfindən xilas edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Vilayət Polis İdarəsi sosial media hesabında məlumat yayıb.

Məlumata görə, Depin bölgəsində patrul xidməti həyata keçirən yol polisi əməkdaşları iki qadın və körpənin qar səbəbindən yolda qaldığını görüb.

Polis əməkdaşları hərəkət etməkdə çətinlik çəkən qadınları və körpəni patrul avtomobilinə mindirərək onların təhlükəsiz şəkildə təyinat yerinə çatdırılmasını təmin ediblər.

Избранный
31
nocomment.az

1Источники