RU

Fransada ifrat sağçılar bələdiyyə seçkilərinin ilk turunda uğur qazanıb

Marin Le Penin rəhbərlik etdiyi “Milli Birlik” partiyasının nəticələri 2027-ci il prezident seçkiləri öncəsi siyasi güc balansını dəyişə bilər...

Fransada keçirilən bələdiyyə seçkilərinin ilk turunda ifrat sağçı qüvvələr nəzərəçarpacaq uğur əldə ediblər.

Poliqon xəbər verir ki, u barədə Financial Times nəşri məlumat yayıb.

Məlumata görə, Marine Le Penin rəhbərlik etdiyi “Milli Birlik” (Rassemblement National) partiyası ölkənin müxtəlif bölgələrində səs payını artıraraq yerli seçkilərdə mövqelərini gücləndirib. Analitiklər hesab edirlər ki, bu nəticələr partiyanın populyarlığının artdığını və 2027-ci ildə keçiriləcək prezident seçkiləri öncəsi siyasi qüvvələr balansında dəyişikliklərin mümkün olduğunu göstərir.

Fransanın təxminən 35 min kommunasında seçicilər əsasən mer və yerli idarəetmə orqanlarının üzvlərini seçirlər. Adətən seçicilər qərar verərkən yerli problemləri və namizədlərin şəxsi keyfiyyətlərini nəzərə alsalar da, bu ilki seçkilər siyasi partiyalar üçün daha geniş mənada mühüm sınaq kimi qiymətləndirilir.

Ekspertlər bildirirlər ki, seçkilər partiyaların seçki strategiyalarını, regional dayaqlarını və gələcəkdə mümkün siyasi ittifaqlar qurmaq qabiliyyətini yoxlamaq baxımından da əhəmiyyət kəsb edir.

Marine Le Pen və “Milli Birlik” partiyasının rəhbər fiqurlarından biri olan Jordan Bardella üçün ilk turun nəticələri partiyanın strateji genişlənmə planının müəyyən nəticələr verdiyini göstərir. Partiya uzun illər əsas dəstəyini sənaye bölgələri ilə tanınan Fransanın şimalında toplasa da, son illər cənub bölgələrində də təsirini artırmağa çalışır.

Bununla belə, siyasi analitiklər qeyd edirlər ki, ikinci turda ifrat sağçı qüvvələrin nəticələri dəyişə bilər. Onların fikrincə, digər siyasi partiyalar ifrat sağçıların qarşısını almaq üçün ittifaqlar qura və bu da “Milli Birlik”in bəzi bölgələrdə qələbə qazanmasının qarşısını ala bilər.

Poliqon.info

Избранный
18
poliqon.info

1Источники