RU

Qazaxıstanda yeni konstitusiya üzrə referendumun ilkin nəticələri açıqlanıb

Qazaxıstanda yeni konstitusiya layihəsi üzrə keçirilən referendumun ilkin nəticələri açıqlanıb.

APA-nın Astana şəhərinə ezam olunmuş əməkdaşının xəbərinə görə, bu barədə Qazaxıstanın Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, referendumda iştirak edən vətəndaşların böyük əksəriyyəti yeni konstitusiya layihəsini dəstəkləyib.

“Referenduma çıxarılan məsələnin müsbət həllinə səs verən vətəndaşların sayı 7 milyon 954 min 667 nəfər və ya 87,15 faiz təşkil edib”, məlumatda bildirilib.

Qeyd olunub ki, ümumilikdə referendumda seçici fəallığı 73 faiz səviyyəsində olub.

Xatırladaq ki, Qazaxıstanda yeni konstitusiya layihəsi üzrə ümumxalq referendumu martın 15-də keçirilib. Referendum ölkənin siyasi və institusional inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.

Избранный
39
3
apa.az

4Источники