RU

Türk dillərində termin yaradıcılığı prosesi araşdırlıb

Bakı, 16 mart, AZƏRTAC

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri professor Sayalı Sadıqovanın “Birinci Türkoloji Qurultay və ümumtürk termin yaradıcılığı prosesi” monoqrafiyası nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada Birinci Türkoloji Qurultayın çağırılma səbəbləri, elmi və tarixi əhəmiyyəti, terminoloji sistemin formalaşma istiqamətləri, türk dillərində terminlərin yaranma prosesi, terminlərin yaranma mənbələri, alınma terminlərin dillərə daxil olma yolları, ortaq terminologiyanın və terminlərin mənimsənilmə prosesinin nəzəri əsasları müəyyənləşdirilib. Birinci Türkoloji Qurultayda terminin müəyyən definisiya əsasında təyininin zəruriliyi, terminlə anlayış arasında əlaqə, onu digər məfhumlardan ayıran meyarlar əsasında adlandırılması, definisiyasının sahə anlayışlarının iyerarxik yerləşmə xüsusiyyətləri ilə bağlı fikirlər elmi faktlarla şərh olunub.

Monoqrafiyada Birinci Türkoloji Qurultay və terminoloji lüğətçiliyin inkişafı, türk dillərində ortaq terminologiya, ortaq termin yaradıcılığı və ortaq beynəlmiləl terminlərin yaranma prinsipləri, mənbələri və üsulları, nəzəri və praktik məsələləri araşdırılıb. Türk dillərində terminoloji lüğətlərin tərtib olunma qaydaları, terminlərin lüğətlərdə verilmə üsulları, prinsipləri, tərtibi məsələləri və onlara verilən tələblər monoqrafiyada geniş şəkildə şərh edilib.

Избранный
12
2
azertag.az

3Источники