RU

Əraqçi: “İran Tramp səhvini anlayana qədər döyüşəcək”

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran ABŞ prezidenti Donald Tramp silahlı hücumun yanlış olduğunu anlayana qədər mübarizəni davam etdirəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
 

Əraqçinin sözlərinə görə, İranın silahlı qüvvələri Trampın həm amerikalılara, həm də iranlılara “qanunsuz müharibə” sırıdığını başa düşənədək döyüşü dayandırmayacaq.


O həmçinin qeyd edib ki, ABŞ zərbələrinin qurbanları üçün kompensasiya ödənilməlidir.

Reuters daha əvvəl yazmışdı ki, Tehran atəşkəs və diplomatiya məsələsinə yalnız hücumlar dayandırıldıqdan və məsuliyyət məsələsi gündəmə gəldikdən sonra baxmağa hazır olduğunu bildirir. Bu da İran rəhbərliyinin indiki mərhələdə sərt mövqedə qaldığını göstərir.

Bizim.Media

Избранный
13
1
bizim.media

10Источники