RU

“Moulin Villa”-nın təsisçisi ev dustaqlığından qaçıb

“Moulin Villa” mətbəx aksesuarları brendinin təsisçisi İlya Petrov ev dustaqlığından qaçıb. O, hazırda polis tərəfindən axtarışdadır.

Herbiand.az Rusiya mətbuatına istinadən bildirir ki, məhkəmə sənədlərinə görə, mənimsəmə işi ilə bağlı proses dayandırılıb.

Moskvanın Meşanski məhkəməsi ötən yay Petrovun irimiqyaslı fırıldaqçılıq işi ilə bağlı cinayət işinə baxmağa başlamışdı. O, ev dustaqlığında idi, lakin son iclasda məhkəməyə gəlməyib və polis tərəfindən axtarışa verilib.

“Təqsirləndirilən şəxs gizlənib və onun harada olduğu məlum deyil”, - iş materialında deyilir.

Bəxtiyar CƏFƏRLİ

Избранный
41
herbiand.az

1Источники