Bakı, 16 mart, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun martın 16-da Salyanda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı martın 18-ə dəyişdirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, R.Məmmədov Şirvan şəhərindən, eləcə də Salyan, Hacıqabul, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.
Görüş saat 11:00-da Salyan rayon Heydər Əliyev Mərkəzində (ünvan: Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, 136) keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun məsələlərə dair görüşdə iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinə (əlaqə vasitələri: (070) 220 00 20, (021) 212 21 30, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.