RU

Rəqsanənin konserti buna görə təxirə salındı – SƏBƏB

Müğənni Rəqsanə İsmayılovanın Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilməsi gözlənilən konsertinin ləğv edilmə səbəbi bəlli olub.

Heftelik.az Globalinfo.az-a istinadən xəbər verir ki, 18 mart üçün planlaşdırılan konsert biletlərin satılmaması səbəbindən ləğv edilib.

Bildirilir ki, konsert üçün nəzərdə tutulan biletlərə endirim də edilib, lakin lazımi sayda satış baş tutmayıb. Bu səbəbdən bilet satışı dayandırılıb.
Müğənni Gəncə konsertinin may ayına təxirə salındığını, bir neçə gün sonra isə Kürdəmirdə konsertdə çıxış edəcəyini bildirib. R.İsmayılova onu da deyib ki, konsertin ləğv edilməsi təşkilatçıların qərarıdır.
Qeyd edək ki, Rəqsanə İsmayılovanın barəsində olan ev dustaqlığı qətimkan tədbiri daha bir ay uzadılıb. Konsertin ləğvinin bununla əlaqəli olduğu deyilsə də, əsas səbəb kimi biletlərin kifayət qədər satılmaması göstərilib. Müğənninin Kürdəmirdə konsertdə çıxış edəcəyini deməsi ona Bakıdan çıxış qadağası qoyulmadığını sübuta yetirir.
Избранный
27
3
heftelik.az

4Источники