RU

Rusiyaya gedən Astara sakini MÜHARİBƏDƏ itkin düşüb

Astara rayonunun Maşxan kənd sakini, 1991-ci il təvəllüdlü Elvin Həsənov Rusiyaya işləmək məqsədilə getsə də, sonradan müəmmalı şəraitdə həmin ölkənin ordu sıralarına cəlb olunaraq cəbhə xəttinə göndərilib.

Bizim.Media xəbər verir ki, 3 uşaq atası olan həmyerlimizin yaxınlarının bildirdiyinə görə, o, cəbhəyə göndərildikdən sonra ilk döyüşlərdən birində itkin düşüb. 

Artıq üç aydır ki, Elvin Həsənovdan hər hansı məlumat almaq mümkün olmayıb.

Ailə üzvləri onun taleyi ilə bağlı narahatlıq keçirir və məsələ ilə bağlı aidiyyəti qurumlardan kömək gözlədiklərini bildirirlər.

Sabutay, Bizim.Media, Cənub bürosu

Избранный
37
5
bizim.media

9Источники