RU

Lütfi Zadə adına Riyaziyyat Məntiq Olimpiadasının növbəti mərhələsinin nəticələri aprelin 3 də açıqlanacaq

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 mart, AZƏRTAC

Məktəblilərarası fənn müsabiqələrinin (MFM) və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, bu mərhələdə şagirdlərə 120 dəqiqə ərzində müvafiq istiqamətlər üzrə 25 qapalı tipli test tapşırığı təqdim olunub.

MFM və Lütfi Zadə adına olimpiadanın əsas məqsədi istedadlı şagirdləri aşkarlamaq, onların müxtəlif fənlərə marağını artırmaq, sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaqdır.

Qeyd edək ki, nəticələrin aprelin 3-dən etibarən kabinetlərə yüklənməsi nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
55
azertag.az

1Источники