RU

“Çox itici insansan” Tramp o suala qəzəbləndi

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp müharibə fonunda bölgəyə əlavə hərbi qüvvələrin göndərilməsi ilə bağlı suala verdiyi cavabla gündəmə gəlib.

ABŞ prezidenti təyyarədə verdiyi müsahibə zamanı jurnalistin Yaxın Şərqə niyə 5 min dəniz piyadası və dənizçinin göndərildiyini soruşmasına cavab verməkdən yayınaraq sualı verən jurnalistə sərt şəkildə reaksiya göstərib və onu “çox itici insan” adlandırıb. 

Tramp ilə jurnalist arasında baş verən bu dialoq qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Digər tərəfdən, ABŞ administrasiyasının İranla davam edən müharibə səbəbilə bölgəyə yeni hərbi qüvvələr göndərdiyi bildirilir. Tramp administrasiyasının qərarına əsasən, təxminən 5 min dəniz piyadası və dənizçinin Hörmüz boğazı ətrafına yerləşdirildiyi qeyd olunur. Bildirilir ki, bu hərbi sevkiyyat bölgədə gərginliyin sürətlə artdığı bir dövrdə həyata keçirilib.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
60
azpolitika.info

1Источники