RU

“Fənərbağça”nın müdafiəçisi “Atletiko”ya keçir

“Fənərbağça”nın sol cinah müdafiəçisi Arçi Braun karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı ingiltərəli futbolçu Madridin “Atletiko” klubunun maraq dairəsinə düşüb. Klubun yay transfer pəncərəsində “Fənərbağça”ya rəsmi təklif göndərəcəyi gözlənilir.

2025-ci ilin yayından İstanbul təmsilçisində çıxış edən Braun bu müddətdə 30 oyunda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun bazar dəyəri 9 milyon avro qiymətləndirilir.

Избранный
55
idmanxeber.az

1Источники