RU

Makron iranlı həmkarını gərginliyi azaltmağa çağırıb

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Fransa prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkyanla telefonla danışdığını və İslam Respublikasını gərginliyi azaltmağa çağırdığını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Fransa lideri "X" sosial şəbəkə hesabında yazıb.

"Mən indicə İran prezidenti Məsud Pezeşkyanla danışdım", - deyə prezident qeyd edib.

Makron həmçinin vurğulayıb ki, "Fransa yalnız müdafiə məqsədləri üçün hərəkət edir, öz maraqlarını, regional tərəfdaşlarının maraqlarını və naviqasiya azadlığını qorumağa çalışır". "Nəzarətsiz gərginlik bütün regionu xaosa sürükləyir", - deyə Fransa prezidenti sonda əlavə edib.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri vurulub. İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) İsrailə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib. Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hədəflər də vurulub.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
41
icma.az

1Источники