ain.az, Gununsesi portalına istinadən məlumat yayır.
Bağdad Beynəlxalq Hava Limanı və onun ətrafı raket zərbələrinə məruz qalıb.
Gununsesi.info İraq mediasına istinadən xəbər verir ki, beş raket zərbəsi nəticəsində baş verən partlayışlarda hava limanının dörd əməkdaşı və təhlükəsizlik işçisi, eləcə də bir mühəndis müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisədən dərhal sonra təhlükəsizlik qüvvələri axtarış tədbirləri həyata keçiriblər. Nəticədə raketlərin buraxıldığı qurğu paytaxt Bağdadın qərbində yerləşən Rədvaniyyə bölgəsində nəqliyyat vasitəsinin içində gizlədilmiş vəziyyətdə aşkar edilib.
Politoloq Asif Şəfəqqətov məsələyə belə münasibət bildirib:
“Dünən ehtimal etmişdim ki, ruslar fpv-dron texnologiyasını İrana verəcəklər və budur… çox gözlətmədilər. Videoda İraq paramilitar şiə qruplaşmalarından birinin fpv-drondan paylaşdığı görüntülər göstərilir. Dron Bağdad yaxınlığındakı ABŞ hərbi bazası üzərindən uçur. Sanki hamı ondan xəbərsizdir – hər halda onunla mübarizə aparan yoxdur. İraqlılar bu dronlarla bazadan bütün kəşfiyyat məlumatlarını asanlıqla ala, istənilən hərbçini öldürə və texnikanı sıradan çıxara bilərlər.
Aydındır ki, fpv-dron İrandan İraqa ötürülüb. Bu videonu yaymaya da bilərdilər. Yəqin, bununla İran ABŞ-a xəbərdarlıq edir ki, quru əməliyyatı onlar üçün fəlakət olacaq. Bu dronlar hətta sığınacağın içinə də girə bilir və qaranlıqda da düşməni tapa bilirlər. Düşünürəm ki, İranda artıq Qafqaz əsilli rusiyalı kifayət qədər dron asları var. Onlar üçün dronlardan müdafiənin nə olduğunu bilməyən ABŞ əsgərlərini ‘dənləmək’ kompyuter oyunu kimi olacaq”.
Şəbnəm
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.