RU

Səudiyyə Ərəbistanı neft alıcılarına Qırmızı dəniz variantını təklif edir

Bakı, 16 mart, AZƏRTAC

Hörmüz boğazından nəqliyyat uzun müddət dayanacağı təqdirdə Səudiyyə Ərəbistanının uzunmüddətli neft müştərilərinə aprel ayı üzrə daşımaları Qırmızı dənizdəki Yanbu limanı vasitəsilə çatdırmağı təklif etdiyi bildirilir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Yanbu limanının seçən alıcıların limana gedən boru kəmərinin daşıya biləcəyi xam neft miqdarının azlığı səbəbindən aylıq tədarüklərinin yalnız bir hissəsini alacağı qeyd olunub. Yanbu limanının ixrac gücü aşağı olsa da, burada Səudiyyə Ərəbistanının gündə 5 milyon barel tutumu ilə Qırmızı dənizə uzanan bir boru kəməri var. Yanbudan yüklənib Asiyaya göndərilən neft çatdırılma əsasında satılacaq və logistikanı “Saudi Aramco” təşkil edəcək.

“Saudi Aramco” Yaxın Şərqdə münaqişə başlandan bəri Yanbu limanı vasitəsilə neft daşınmalarını artırıb. Səudiyyə Ərəbistanı limandan yüklənmiş xam nefti spot bazar hərracları vasitəsilə təklif etmək kimi qeyri-adi bir addım atıb. Belə ki, Qırmızı dənizdəki limandan tədarükün müqaviləli əsasda təklif olunması ilk dəfədir.

Digər variant kimi isə neftin Fars körfəzi vasitəsilə çatdırılmasıdır ki, bu da Hörmüz boğazı bağlı qalacağı təqdirdə heç bir neft həcmləri almamaq riski dayışır.

“Saudi Aramco” şirkəti Hörmüz boğazı bağlamazdan əvvəl - fevral ayında alıcılara 7,2 milyon barel xam neft göndərib. Səudiyyə Ərəbistanı nefti uzunmüddətli müqavilələr əsasında satır və bu həcmlərin böyük bir hissəsi Asiya bazarına gedir. Yaxın Şərqdəki münaqişə fonunda Çinin ən böyük neft emalı zavodu olan “Sinopec” çatışmazlığı aradan qaldırmaq üçün istehsal gücünü 10 faiz azaldıb, Yaponiya isə strateji neft ehtiyatlarından istifadə etməyə başlayıb.

 

Избранный
19
3
azertag.az

4Источники