Ötən gecə Tehranın Mehrabad hava limanında İranın keçmiş Ali Lideri Əli Xameneinin təyyarəsi vurulub.
"Unikal" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
İsrail Müdafiə Qüvvələrinin sözçüsünün sözlərinə görə, təyyarənin məhv edilməsi İrandakı rejimin rəhbərliyinin müttəfiq ölkələrlə koordinasiya qabiliyyətinə xələl gətirir: "İsrail Müdafiə Qüvvələri İran terrorçu rejiminin hərbi qüvvələri tərəfindən bütün İran ərazisində istifadə edilən istənilən vasitəyə zərər vermək üçün fəaliyyət göstərməyə davam edəcək".
Ağarza Elçinoğlu