RU

İran XİN: Tehran nə atəşkəsə, nə də danışıqlara can atmır...

Abbas Araqçi bildirib ki, İran silahlı qüvvələri ABŞ-nin apardığı müharibəni səhv kimi qəbul edənədək hücumları davam etdirəcək...

İranın xarici işlər naziri Abbas Araqçi ölkəsinin hazırda nə atəşkəsə, nə də danışıqlara hazırlaşdığı barədə yayılan məlumatları təkzib edib. 

Poliqon xəbər verir ki, nazir bu barədə CBS News telekanalına verdiyi müsahibədə danışıb.

Nazirin sözlərinə görə, Tehranın guya müharibəni dayandırmaq və danışıqlara başlamaq niyyətində olduğu barədə iddialar həqiqəti əks etdirmir. Araqçi bu cür bəyanatları “tamamilə əsassız və uydurma” adlandırıb.

O bildirib ki, İran silahlı qüvvələri ABŞ ilə davam edən qarşıdurma fonunda hərbi əməliyyatları davam etdirəcək. Nazir qeyd edib ki, hücumlar ABŞ rəhbərliyi bu müharibənin səhv olduğunu anlayana qədər davam edə bilər.

“Güclü silahlı qüvvələrimiz ABŞ prezidentinin həm amerikalılara, həm də iranlılara zorla qəbul etdirdiyi qanunsuz müharibənin səhv olduğunu anlayana qədər hücumları davam etdirəcək. Bu cür müharibə bir daha təkrarlanmamalıdır”, – deyə Araqçi bildirib.

İran XİN rəhbəri əlavə edib ki, münaqişə nəticəsində zərər çəkən tərəflərə kompensasiya ödənilməsi də vacib məsələ kimi gündəmdə qalır.

Analitiklərin fikrincə, Tehran rəsmisinin bu açıqlaması İranın hazırkı mərhələdə hərbi qarşıdurmanı dayandırmaq niyyətində olmadığını və münaqişənin diplomatik mərhələyə keçməsi üçün Vaşinqtondan müəyyən siyasi addımlar gözlədiyini göstərir.

Poliqon.info

Избранный
14
poliqon.info

1Источники