RU

Mahir Emreli: Emosional an idi, çünki...

Azərbaycan millisinin və "Kayzerslautern"in hücumçusu Mahir Emreli Almaniya mətbuatına açıqlama verib.

Publika.az xəbər verir ki, 2-ci Bundesliqanın “Karlsrue” ilə görüşün (3:0) 83-cü dəqiqəsində fərqlənən 28 yaşlı futbolçu çempionatın cari mövsümdə vurduğu ilk qol haqda danışıb. O, fərqləndiyi üçün xoşbəxt olduğunu deyib:

“Bu gün mənim üçün emosional an idi, çünki son həftələr və aylar çətin keçmişdi. Belə bir oyunda, möhtəşəm atmosfer qarşısında ilk qolumu vurmaq məni çox xoşbəxt edir. Xüsusilə də uzun zədə fasiləsindən sonra. Azarkeşlər mesajlar yazdılar və mənə inandıqlarını göstərdilər. Derbi oyunlarında atmosfer digər matçlardan fərqli olur”.

Emreli komandasının baş məşqçisi Torsten Lieberxnextlə arasındakı münasibət barədə də danışıb:

“Baş məşqçi ilə yaxşı ünsiyyətimiz var. Xüsusilə zədəli olanda komandanın bir qədər kənarında qalırsan. Mən ondan soruşdum ki, daha çox oynamaq üçün nəyi daha yaxşı etməliyəm. O, məşqlərdəki çıxışımdan razıdır. Hətta cəmi beş dəqiqə oynasam belə, əlimdən gələni edir və özümü sübut etməyə çalışıram”.

Избранный
7
publika.az

1Источники