RU

İsrail ordusu: Tehranda İranın ali liderinə məxsus təyyarə məhv edilib...

Hücum zamanı yüksək vəzifəli şəxslərin istifadə etdiyi aviasiya obyektinin hədəfə alındığını bildirilir...

İsrail Müdafiə Ordusu Tehranda İranın ali liderinə məxsus olduğu bildirilən təyyarənin məhv edildiyini açıqlayıb.

Poliqon xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi məlumatında bildirilib.

Məlumata görə, əməliyyat çərçivəsində İranın paytaxtında yerləşən aviasiya obyektlərindən biri hədəfə alınıb və nəticədə ali rəhbərliyə aid olduğu iddia edilən təyyarə sıradan çıxarılıb.

İsrail tərəfi hücumun məqsədinin İranın hərbi və strateji infrastrukturuna zərbə endirmək olduğunu qeyd edib. TSAXAL rəsmilərinin sözlərinə görə, son günlər İran ərazisində bir sıra hərbi obyektlərə qarşı hədəfli əməliyyatlar həyata keçirilir.

Analitiklər hesab edirlər ki, ali liderə məxsus olduğu iddia edilən təyyarənin məhv edilməsi İran rəhbərliyinə yönəlmiş siyasi və hərbi mesaj kimi qiymətləndirilə bilər. Belə hadisələr regionda onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirə bilər.

Hazırda İran tərəfi hadisə ilə bağlı rəsmi açıqlama verməyib. Məlumatın müstəqil mənbələr tərəfindən təsdiqlənməsi ilə bağlı da əlavə məlumatlar gözlənilir.

Poliqon.info

Избранный
35
50
poliqon.info

10Источники