Bakı. Trend:
Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası vəkonservasiyası işlərinə vəsait ayrılıb.
Trend xəbərverir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncamimzalayıb.
Sərəncam XII əsr Azərbaycan memarlığının görkəmli nümunəsi olanMöminə xatun türbəsinin kompleks bərpası və konservasiyasıişlərinin davam etdirilməsi məqsədilə imzalanıb.
Sənədə əsasən, Naxçıvan şəhərində yerləşən Möminə xatuntürbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi üçünAzərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdətutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundanNaxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9,566.0 min(doqquz milyon beş yüz altmış altı min) manat vəsait ayrılıb.