RU

Aİ xarici işlər nazirləri Hörmüz boğazının açılmasını müzakirə edəcəklər

Aİ xarici işlər nazirlərinin növbəti görüşünün əsas mövzusu Hörmüz boğazının açılması ehtimalı olacaq.

Missiya.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kaya Kallas bildirib.

Kallas həmçinin ABŞ-nin Rusiya neftinə qarşı sanksiyaları yumşaltmasını “təhlükəli hadisə” adlandırıb. O qeyd edib ki, Yaxın Şərqdəki vəziyyət Avropa Birliyinin diqqətini Ukrayna böhranından yayındırmamalıdır.

Diplomat əlavə edib: “Rusiya maksimalist məqsədlərə çatmaq istəyir... biz sanksiyalara qarşı təzyiqi artırmalıyıq”.

Qeyd edək ki, ABŞ Yaxın Şərqdən tədarükün kəsilməsi səbəbindən tankerlərə yüklənmiş Rusiya nefti ilə yeni əməliyyatlara icazə verib. Mart ayında verilən lisenziya 11 aprelədək qüvvədə olacaq və coğrafi məhdudiyyət olmadan ixracı əhatə edir. Bu müddət ərzində 19 milyon barel neft və 300 min tondan çox neft məhsulu satıla bilər.

Seyranə QuliyevaMissiya.Az

Избранный
75
missiya.az

1Источники