RU

Avropa Parlamentinin üzvləri xəritədə İranın yerini səhv saldılar

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa Parlamentinin (AP) deputatları “Quotidien” verilişinin efirində ölkə adları göstərilməyən xəritədə İranın yerini tapa bilməyiblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Le Parisien” qəzeti məlumat verir.

Avropa Parlamentinin deputatları gülünc vəziyyətdə: Xəritədə İranın yerini tapa bilmədilər - VİDEO

Qeyd olunur ki, martın 2-də Strasburqda keçirilən AP iclasının kuluarlarında televerilişin efiri zamanı bir neçə deputat xəritədə İranın yerini təxmin edə bilməyib və onu Bolqarıstan, Türkiyə, Əfqanıstan və Səudiyyə Ərəbistanı ilə səhv salıb.

“Biz doğulan kimi hər şeyi bilmirik. Əlimizdən gələn hər şeyi edirik, hələ öyrənməli olduğumuz bir çox mövzu var, ona görə də biz gəzən ensiklopediya deyilik, biz hadisələrdən məlumatlı olmaq üçün əlimizdən gələni edirik”, - deyə Avropa Parlamentinin Avropa Ekologiyası üzrə katibi Devid Kormand nəticələrlə bağlı şərh verib.

Keçirilən müsabiqənin nəticələri ictimaiyyətdə narazılıq dalğası yaradıb. İnsanlar “X” şəbəkəsində Yaxın Şərqdə qızışan münaqişə fonunda beynəlxalq miqyasda qərarlara cavabdeh olan şəxslərin coğrafi biliklərinin səviyyəsini tənqid ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
34
1
oxu.az

2Источники