RU

İşğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonları yaradılır

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarınınzərərsizləşdirilməsi üçün poliqonlar yaradılır.

Trend xəbərverir ki, bunu “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətinin rəhbəriOrxan Cabbarov WUF13 çərçivəsində jurnalistlər üçün “Təmiz Şəhər”ASC-nin təsərrüfat sahələrinə təşkil edilən məlumat turu zamanıjurnalistlərin suallarını cavablandırarkən bildirib.

""Vətən müharibəsində qazanılan qələbədən sonra ölkə başçısınınmüvafiq Sərəncamı ilə “Təmiz Şəhər” ASC işğaldan azad edilənərazilərdə ilk fəaliyyətə başlayan dövlət qurumlarından biri oldu.Hazırda Cəmiyyət Qarabağ və Şərqi Zəngəzurda toplanan tullantılarınmüəyyən olunmuş müvəqqəti poliqonlarda qəbulu vəzərərsizləşdirilməsi prosesini həyata keçirir.

Ərazi planlaşdırılmasına uyğun olaraq poliqon yerlərimüəyyənləşdirilir. Həmin poliqonlarda bərk məişət tullantılarıqəbul olunaraq müasir üsullarla zərərsizləşdiriləcək. Bunun üçunmüasir infrastrukturun yaradılması nəzərdə tutulub. Həmin ərazi"sıfır emissiya" zonası elan olunduğu üçün bərk məişəttullantılarının da idarə olunması vacib məsələdir", - deyə OrxanCabbarov qeyd edib.

Избранный
17
az.trend.az

1Источники