Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Redaktor.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 iyul saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, buna qədər bu müddət 2026-cı il 1 aprel saat 06:00-dək olan dövrü əhatə edib.
Xatırladaq ki, Nazirlər Kabinetinin bugünkü qərarı ilə uzun müddətdir açılması gözlənilən quru sərhədlərimiz 1 iyul 2026-cı il tarixinədək yenə də bağlı qalacaq.