RU

Azərbaycanda bu şəxslər 2 min manatadək cərimə ediləcəklər

Bakı. Trend:

Qrant alınması və ya verilməsi haqqında qanunvericiliyinpozulmasına görə yeni cərimlər müəyyənləşəcək.

Trend-inməlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu, İnsan hüquqları komitələrinin martın 12-də keçirilənvideokonfrans formatında birgə iclasında müzakirə olunan İnzibatiXətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsindəöz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasınınresipiyentləri, yaxud banklar və digər ödəniş xidmətitəchizatçıları tərəfindən “Qrant haqqında” Qanunla müəyyən edilmişqaydada qeydiyyata alınmamış qrant alınması (verilməsi) haqqındamüqavilələr (qərarlar) üzrə bank əməliyyatlarının və hər hansıdigər əməliyyatların aparılmasına görə vəzifəli şəxslər 2500 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər5000 manatdan 8000 manatadək məbləğdə cəriməedilir.

Qanun layihəsinə əsasən, eyni əmələ görə fiziki şəxslər1000 manatdan 2000 manatadək məbləğdə cəriməediləcək.

Избранный
10
20
az.trend.az

10Источники