RU

Buraxılış imtahanları bir gündə KEÇİRİLƏCƏK?

Növbəti ildən etibarən buraxılış imtahanlarının təşkilində ciddi dəyişikliklərin tətbiq olunması vacibdir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə təhsil eksperti Elçin Əfəndi danışıb.

Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzi digər dövlət qurumları ilə vaxtları uzlaşdırmaqla buraxılış imtahanını – həm qəbulun birinci mərhələsi, həm də buraxılış imtahanını – istiqamətlərə ayırmadan eyni gündə keçirməlidir.

Ekspert qeyd edib ki, hər il 120 mindən çox şagirdin iştirak etdiyi kütləvi imtahanların təşkili böyük maddi, insani və texniki resurslar tələb etsə də, yenə də imtahanı bir gündə keçirmək mümkündür.

Elçin Əfəndinin fikrincə, bu addım bir sıra problemlərin aradan qaldırılmasına səbəb ola bilər:

  • İstiqamətlərarası ədalətsizlik və dedi-qoduların qarşısı alınar.
  • Əlavə sual paketlərinin hazırlanmasına ehtiyac qalmaz.
  • Hazırlıq sistemindəki pərakəndəlik aradan qalxar, proses nizamlanar.
  • İmtahan nəticələri daha erkən və eyni vaxtda elan edilər.

Ekspert hesab edir ki, bu dəyişiklik həm imtahanların şəffaflığına, həm də şagirdlərin psixoloji rahatlığına müsbət təsir göstərə bilər.

Sara

NOCOMMENT.az 

Избранный
51
nocomment.az

1Источники